Amur vilayətində axtarışda olan Azərbaycan vətəndaşı həbs edilib

Amur vilayətində axtarışda olan Azərbaycan vətəndaşı həbs edilib
# 14 noyabr 2013 07:35 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, Oktyabr rayonunun Trudovoe kəndi yaxınlığında həyata keçirilən əməliyyat zamanı axtarışda olan şübhəli şəxs saxlanılıb.

Ərazidə 120 kq tiryək, iki sentrifuqa, qaz plitələri, narkotiklərin hazırlanması üçün vasitələr aşkarlanıb. Müəyyən edilib ki, zavodun sahibləri diqqəti cəlb etməmək üçün avtomobili trasda saxlayır və istehsal yerinə piyada gedirmişlər.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, əməliyyat zamanı Tambov rayonunun Novoaleksandrovka kəndinin iki sakini qaçmağa cəhd etsələr də, bu onlara müyəssər olmayıb. Bundan başqa, 1965-ci il təvəllüdlü Azərbaycan vətəndaşı da saxlanılıb. 1989-cu ildən Rusiyada yaşayan bu şəxs ölümlə hədələməyə görə axtarışda olub. Məlum olub ki, bu ilin yayında onun rəfiqəsinin Tatyanovka kəndindəki evində 110 kq marixuana, 7,6 litr həşiş yağı aşkar edilib. İstintaq Azərbaycan vətəndaşına yaşayış yerinə qanunsuz daxil olma ittihamı da irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR