Azərbaycanın magistral kəmərləri ilə qazın nəqli artıb

Azərbaycanın magistral kəmərləri ilə qazın nəqli artıb
# 19 dekabr 2013 11:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 39,8 mln. ton neft nəql edilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin ¾ hissəsi Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin 11 ayında bu kəmər vasitəsilə 30,1 mln. ton neft ötürülüb.

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 2,8 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 17,8 mlrd. kubmetr qaz nəql edilib və 3,5% artım qeydə alınıb.

Nəql edilmiş qazın 23,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 4,3 mlrd. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR