AGBI və AMFBI indeksləri 0,01% yüksəlib, ACBDI isə 0,01% enib

 AGBI və AMFBI indeksləri 0,01% yüksəlib, ACBDI isə 0,01% enib
# 09 yanvar 2014 06:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,01% artaraq yanvar ayının 9-na 94,62 təşkil edib.


«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,01% enib və 99,97 təşkil edib.


Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 107,47-yə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR