Sumqayıtda güclü yanğın olub

Sumqayıtda güclü yanğın olub
# 04 noyabr 2013 15:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda güclü yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə bu gün baş verib.

Sumqayıt şəhərində vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 500 kvadratmetr olan yardımçı tikilinin (əsas divarları daş, damı taxta atmalar, üst örtüyü şifer) dam örtüyünün yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Yanğın zamanı sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub. Yardımçı tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:25-də yanğınsöndürənlər tərəfindən tam söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR