Azərbaycanda şərti azadlığa buraxılanlara və ev dustaqlarına xüsusi avadanlıq vasitəsilə nəzarət olunacaq

Azərbaycanda şərti azadlığa buraxılanlara və ev dustaqlarına xüsusi avadanlıq vasitəsilə nəzarət olunacaq
# 15 may 2014 11:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. ““ASAN xidmət” Mərkəzinin təklif etdiyi GPS Elektron Nəzarət Sistemi layihəsi çərçivəsində şərti olaraq azadlıqdan məhrum edilənlərə və ev məhbuslarına xüsusi nəzarət mümkün olacaq”.

APA-nın məlumatına görə, bunu mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov deyib.

O qeyd edib ki, “ASAN xidmət” mərkəzinin bir neçə yeni layihəsi ölkə rəhbərliyinə təqdim olunub və bunlardan biri də GPS Elektron Nəzarət Sistemidir ki, bu sistem ev məhbuslarının əllərinə xüsusi avadanlıqlar taxılmaqla nəzarət tədbirlərinin asanlaşdırılmasına xidmət edir: “Bu sistem ev dustaqlarına, şərti olaraq azadlıqdan məhrum edilən şəxslərə nəzarəti həyata keçirəcək. Yəni, onların əllərinə xüsusi avadanlıqlar taxılacaq və bu avadanlıqlar üzərindən onların hərəkətləri nəzarətdə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR