İslam Konfransı Gənclər Forumunun xeyriyyə kampaniyası çərçivəsində Afrikada su quyuları qazılacaq - FOTO

İslam Konfransı Gənclər Forumunun xeyriyyə kampaniyası çərçivəsində Afrikada su quyuları qazılacaq - <span style="color: red;">FOTO
# 21 oktyabr 2013 07:33 (UTC +04:00)

Bu barədə APA-ya forumdan məlumat verilib. Belə ki, bu ilin 10 iyul – 10 avqust tarixlərində Azərbaycanda keçirilən xeyriyyə aksiyasından əldə olunan vəsait hesabına tezliklə, Somalidən olan qaçqınların kompakt yaşadığı Keniyada iki su quyusunun qazılmasına start veriləcək. Bu su quyuları susuzluqdan əziyyət çəkən minlərlə insanı uzun müddət su ilə təmin etməyə kömək edəcək.

Qeyd olunub ki, DƏ-İKGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçirilən kampaniyanın birinci mərhələsi 2011-ci ilin Ramazan ayında baş tutub. “Somaliyə yardım əlini uzat!” şüarı ilə keçirilən bu humanitar kampaniya çərçivəsində kütləvi aclıq çəkən Somalililər üçün 80 min dollardan çox maliyyə vəsaiti toplanmış və bu yardım öz hesabına Somaliyə gedən könüllülər tərəfindən 6000-dən artıq insana (1200 ailəyə) ərzaq şəklində paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR