Putin: “Ukraynadakı hazırkı siyasi böhran Avropa Birliyinə birləşməklə deyil, daxili siyasi mübarizə ilə əlaqədardır”

Putin: “Ukraynadakı hazırkı siyasi böhran Avropa Birliyinə birləşməklə deyil, daxili siyasi mübarizə ilə əlaqədardır”
# 19 dekabr 2013 11:47 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu yaxınlaradək hakimiyyətdə olan adamlar hökuməti AB ilə assosiativ üzvlük haqqında saziş imzalamağa məcbur etmək istəyirlər: “Cənab Yatsenyuk xarici işlər naziri və Ali Radanın rəhbəri olub, Timoşenko baş nazir, Yuşşenko prezident olub. Bəs niyə onlar hakimiyyətdə olduqları zaman Avropa Birliyinə birləşmək haqqında sənədləri imzalamayıblar? Axı onlara heç kim mane olmurdu. Götürüb kağızları imzalayardılar və bugünkü problemlər də olmazdı. AB ilə assosiativ üzvlük haqqında saziş daxili siyasi mübarizə üçün yalnız bir bəhanədir”.

V.Putin qeyd edib ki, bu mübarizədə kimin qalib gəlməsindən asılı olmayaraq, Rusiya Ukrayna xalqının maraqlarına uyğun olan formatda rəsmi Kiyevlə əməkdaşlıq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR