İDEES: Seçkilər beynəlxalq normalara müvafiq keçirilib

İDEES: Seçkilər beynəlxalq normalara müvafiq keçirilib
# 10 oktyabr 2013 08:28 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. İDEES – Qeyri-hökumət təşkilatlarının müşahidə missiyası və Asiya ölkələrindən olan müşahidə qrupu Azərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib. APA-nın məlumatına görə, missiyaya Afrika, Asiya, Latın Amerikası və Avropanın 37 ölkəsini təmsil edən 52 parlamentar və ekspert daxil olub.

Seçki günü müşahidəçilər Bakıda və 5 rayondakı 26 seçki dairəsinin ərazisində fəaliyyət göstərib. Onlar 450 seçki məntəqəsini ziyarət ediblər.

Qrupun rəyinə əsasən seçki günü ölkədə vəziyyət sakit və dinc olub, yerli hakimiyyət orqanları və polis tərəfindən seçkinin gedişatına müdaxilə olunmayıb: “Seçki məntəqələrinin çoxunda müxtəlif siyasi partiyalara mənsub yerli müşahidəçilər də var idi. Səslərin hesablanması açıq və şəffaf keçirilib. Nəticə etibarilə seçkilər beynəlxalq normalara müvafiq keçirilib. Beynəlxalq müşahidəçilər ölkəni sabit və demokratik institutlarının yaradılmasını və qəbul olunmuş beynəlxalq standartlara müvafiq davranmağı davam etdirməyə səsləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR