Rövnəq Abdullayev: “UEFA-ya təşəkkür edirəm”

Rövnəq Abdullayev: “UEFA-ya təşəkkür edirəm”
# 28 aprel 2014 13:21 (UTC +04:00)

Bakı – APA. "Böyük sevinc və qürur hissi ilə, əminliklə demək olar ki, ölkəmizdə daha bir beynəlxalq yarış - futzal üzrə UEFA kubokunun final mərhələsi yüksək səviyyədə təşkil olundu. İlk növbədə, bu oyunların təşkilini AFFA-ya həvalə etdiyinə görə UEFA-ya təşəkkürümü bildirirəm”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Bakıda keçirilən “Dördlər finalı” barədə fikirlərini açıqlayan assosiasiya rəhbəri bildirib ki, yarışın ölkəmizdə təşkil olunacağı ilə bağlı qərar verildikdən dərhal sonra hazırlıq işlərinə başlanılıb: “Sevindirici haldır ki, oyunlar bütün parametrlərə görə standartlara uyğun şəkildə həyata keçirildi. Final mərhələsinə yüksəlmiş "Dinamo" (Rusiya), "Kayrat" (Qazaxıstan), "Barselona" (İspaniya) və "Araz"ın iştirakı ilə azarkeşlər çox maraqlı oyunların şahidi oldular. Final mərhələsində bizim üçün daha bir sevindirici məqam təmsilçimiz "Araz" klubunun üçüncü yeri tutaraq mükafatçılar sırasında yer tutması oldu. "Dördlər finalı"nın yüksək səviyyədə təşkili bizdə bir daha əminlik yaratdı ki, 2016-cı ilə Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı istər UEFA-nın, istər iştirakçı komandaların, istərsə də azarkeşlərin ürəyincə olacaq. Futzal üzrə UEFA kubokunun final mərhələsinin təşkilində böyük əmək sərf etmiş UEFA və yerli təşkilat komitəsinə, AFFA-nın əməkdaşlarına, turnirin təbliğində zəhməti olan mətbuat nümayəndələrinə, oyunların keçirildiyi “Sərhədçi” İdman Olimpiya Mərkəzinin rəhbərliyini və bütün kollektivinə, oyunları tribunadan izləyərək komandaları qələbəyə ruhlandıran azarkeşlərə təşəkkürümü bildirirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR