QAT Ermənistana göstərdiyi hərbi yardıma etiraz olaraq Çinin dövlət başçısına məktub göndərib

QAT Ermənistana göstərdiyi hərbi yardıma etiraz olaraq Çinin dövlət başçısına məktub göndərib
# 06 yanvar 2014 14:21 (UTC +04:00)

QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubda Çinin Ermənistana hərbi yardım göstərməsinə etiraz bildirilib: «Mətbuatda gedən məlumatlara görə, ölkənizin müdafiə naziri Çan Vantsuyan işğalçı Ermənistanın müdafiə naziri Seyran Ohanyanla Pekin şəhərində görüşüb, hərbi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb. İşğalçı Ermənistana ildə 5 mln. yuan həcmində hərbi yardım göstərilməsi ilə bağlı saziş imzalanıb. Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olduğuna, BMT Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsinə dair 4 qətnaməsinə səs verdiyinə görə əlavə beynəlxalq öhdəliklərin daşıyıcısıdır. Ona görə də dövlətinizin işğalçı Ermənistana bu cür münasibəti ciddi narahatlıq doğurur. Xahiş edirik bu məsələyə diqqətlə yanaşasınız və yanlışlığın aradan qaldırılması üçün siyasi iradə nümayiş etdirəsiniz».

Qeyd edək ki, QAT-ın məktubu Çinin Azərbaycandakı səfirliyinə təqdim olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR