Təhsil Nazirliyi abituriyentlərin düzgün ixtisas seçiminə kömək edəcək

Təhsil Nazirliyi abituriyentlərin düzgün ixtisas seçiminə kömək edəcək
# 08 aprel 2014 09:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi Azərbaycanda abituriyentlərin düzgün ixtisas seçiminə kömək etmək məqsədilə yeni layihəyə başlayır.

APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov deyib. O bildirib ki, son 6 ay ərzində nazirliyə müxtəlif ali təhsil müəssisələrindən daxil olan müraciətlərin böyük əksəriyyəti vaxtında ixtisas seçimini düzgün etmədiklərinə görə digər ixtisaslara köçürülmək istəyən tələblərlə bağlı olub. Bütün bunlar nəzərə alınaraq aprel ayından başlayaraq ali məktəblər, orta ixtisas təhsili müəssisələri və peşə məktəblərində “İxtisas seçimi uğurlu karyeranın başlanğıcıdır” adlı kampaniya başlanıb. Bu kampaniya çərçivəsində hər bir təhsil müəssisəsi öz baza məktəbini formalaşdıracaq və bu proses orada həyata keçiriləcək. Bu məktəblərdə ali məktəblərə hazırlaşan abituriyentlərlə iş aparılacaq, ixtisasların hədəfi, gələcək uğurları ilə bağlı onlara ətraflı məlumat veriləcək.

C. Valehov qeyd edib ki, dünyanın bir çox ölkəsində ali məktəblər öz məzunlarını orta məktəblərdən seçməyə başlayırlar. Onun sözlərinə görə, Təhsil Nazirliyi də dövlət ali məktəblərində, digər təhsil müəssisələrində bu praktika əsasında sistemli iş qurmağa çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR