Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacaq - VİDEO

Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacaq - <span style="color: red;">VİDEO
# 03 aprel 2014 09:44 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.


Aprelin 4-də Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Cənub-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-7, gündüz 13-18 dərəcə isti, dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR