Xoşbəxt Yusifzadə: “Bu il dünya bazarlarında Azərbaycanın payına düşən 179 milyon tona qədər mənfəət nefti satılıb”

Xoşbəxt Yusifzadə: “Bu il dünya bazarlarında Azərbaycanın payına düşən 179 milyon tona qədər mənfəət nefti satılıb”
# 05 iyun 2014 09:17 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə XXI Beynəlxalq Xəzər Neft və Qaz konfransında çıxışı zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Onun sözlərinə görə, bu yataqlar işlənməyə başlayandan 335 milyon ton neft və 96 milyard kubmetr qaz hasil olunub: “Artıq 15 ildir ki, Azəri-Çıraq-Günəşli layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər”.

X.Yusifzadə qeyd edib ki, 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın mənfəət nefti bazarlara çıxarılıb.

Onun sözlərinə görə, 2014-cü ilin iyun ayının 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 179 milyon tona qədər mənfəət nefti satılıb.

“2013-cü ildə AÇG yataqlarından hasil edilmiş 32,7 milyon ton neftin 22,5 milyon tonu yəni təxminən 69%-i Azərbaycanın payına düşən mənfəət nefti olub. 2014-cü il iyunun 1-dək dünya bazarlarına 347 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 247 milyon ton, Bakı-Supsa boru kəməri ilə 68 milyon ton, Bakı-Novorrosiysk kəməri ilə 11,3 milyon, dəmir yolu ilə 20,3 milyon ton neft ixrac edilib.

Əsrin müqaviləsi Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan “Şahdəniz" yatağının kəşfi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyada böyük miqdarda qaz ixrac edən ölkə kimi tanıtdı”, - deyə birinci vitse-prezident qeyd edib.

Onun sözlərinə görə, yatağın işlənməyə başlanmasından 13,5 milyon ton kondensat, 52 milyard kubmetrə yaxın qaz hasil edilib.

X.Yusifzadə qeyd edib ki, 2014-cü ilin iyunun 1-dək “Şahdəniz 1” layihəsi üzrə Cənubi Qafqaz boru kəməri ilə Gürcüstana 3,92 milyard kubmetr və Türkiyəyə 28 milyard kubmetr qaz verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR