Azərbaycanda sərnişin avtobusu qəza törədib

Azərbaycanda sərnişin avtobusu qəza törədib
# 05 sentyabr 2013 07:36 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, Bakı-Quba yolunun 35-ci kilometrliyində “OPEL” markalı minik avtomobili və “KİNG LONG” markalı avtobus toqquşub. Nəticədə “Opel” markalı minik avtomobilində olan 3 nəfər sərnişin xəsarət alıb. 1949-cu il təvəllüdlü 1 nəfər deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Əməliyyat saat 08:03-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR