Müəllimlərin işə qəbulu üzrə müsabiqənin qalibləri gələn həftədən işə başlayacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin qalibləri gələn həftədən işə başlayacaq
# 30 noyabr 2013 11:23 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib.

F.Qədirov bildirib ki, müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqədə vakant yerlər daha çox kimya, fizika, biologiya və coğrafiya fənləri üzrə olub: “Rayonlara gəlincə, Lerik, Quba, Gədəbəy, Xaçmaz, Daşkəsən, Cəlilabad və sairə rayonlarda vakant yerlərin sayı daha çox idi”.

Növbəti dərs ilində ümumi müsabiqə üçün vakansiyaları elan etməzdən əvvəl həmin müsabiqənin sistemdə işləyən müəllimlər üçün elan ediləcəyini söyləyən nazirlik rəsmisi qeyd edib ki, bu, yaşayış yerinə daha yaxın olan məktəblərdə işləyən müəllimlərin seçim imkanı əldə etməsi üçün yaradılan fürsətdir: “Həmin müəllimlər bizə elektron müraciət edəcək və elektron yerləşdirmə aparılacaq. Müvafiq vakansiya olduqda, müsahibə aparmaqla biz onları yerləşdirdikdən sonra ümumi müsabiqə üçün qalan vakant yerləri elan edəcəyik. Biz bunu ona görə edirik ki, tədris ili ərzində yerdəyişmə ilə bağlı bizə çoxlu müraciətlər olur. Bu, müəyyən mənada bizim üçün problem yaradır. Çünki bir müəllimin bir məktəbdən digərinə keçməsi bu iki məktəbdən birində problemin yaranmasına səbəb olur. Daha bir fərqli cəhət isə odur ki, əvvəllər ucqar kənd məktəbində işləyən 800 nəfər müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilirdisə, bu il onların sayını 2500-dən çox etmişik. Bu da daha çox müəllimin bu həvəsləndirmə tədbirlərindən yararlanmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin işə qəbulu üzrə keçirilən növbəti müsabiqənin nəticələrini açıqlayıb. Müsabiqənin nəticələrinə əsasən 307 nəfər seçdikləri vakant yerləri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR