Qazaxda yük avtomobilinin 100 mm-lik qaz borusuna çırpılması nəticəsində yanğın baş verib - VİDEO

Qazaxda yük avtomobilinin 100 mm-lik qaz borusuna çırpılması nəticəsində yanğın baş verib - <span style="color: red;">VİDEO
# 03 aprel 2014 21:33 (UTC +04:00)

Bakı-APA. Qazax rayonu ərazisində ötən gün axşam saatlarında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Canalı kəndində (rayon mərkəzindən 5 km aralı) baş verib. Belə ki, vətəndaşa məxsus "QAZ" markalı yük avtomobili yolun kənarında diametri 100 mm olan qaz borusuna çırpılması nəticəsində yanğın baş verib. Yanğın nəticəsində yük avtomobilinin kabinə hissəsi və banına yığılmış 2 ton ot bağlamasının 0,5 tonu yanıb. Avtomobilin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR