Bu ay Bakıda suda boğulma nəticəsində ölüm faktı qeydə alınmayıb

Bu ay Bakıda suda boğulma nəticəsində ölüm faktı qeydə alınmayıb
# 25 sentyabr 2013 10:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası sentyabr ayında qeydə alınan hadisələri açıqlayıb.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya bildirib ki, bu ilin sentyabr ayında paytaxtda 1 ilan sancma, 2 həşərat sancma, 2 suda boğulma hadisəsi qeydə alınıb.

Onun sözlərinə görə, ötən aylardan fərqli olaraq, bu ay suda boğulma nəticəsində ölüm faktı qeydə alınmayıb. Baş həkimin müavini qeyd edib ki, bu ay paytaxtda havalar sərin keçdiyindən, günvurma halı da baş verməyib. O vurğulayıb ki, ilan və həşərat sancan, suda boğulanların hər bir xəstəxanaya yerləşdirilib: “Son günlər ölkə ərazisində müşahidə olunan dəyişkən hava şəraiti də insanların səhhətinə heç bir mənfi təsir etməyib. Ümumilikdə bu ay müraciətlərin sayında hər hansı artım və ya azalma müşahidə edilməyib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR