Gəncədə Nizami rayon Polis İdarəsinin yeni inzibati binası istifadəyə verilib

Gəncədə Nizami rayon Polis İdarəsinin yeni inzibati binası istifadəyə verilib
# 14 iyun 2014 13:21 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə Nizami rayon Polis İdarəsinin yeni tikilən inzibati binasının açılışı olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, açılış mərasimində daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polkovnik Faiq Şabanov və şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, əməkdaşları iştirak edib. Tədbirdə bildirilib ki, 3496 kvadrat metr sahəsi olan, 5 mərtəbəli inzibati bina qısa bir müddət ərzində tikilib istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR