Bakıda mikroavtobus işıq dirəyinə çırpılıb, xəsarət alan var

Bakıda mikroavtobus işıq dirəyinə çırpılıb, xəsarət alan var
# 03 iyun 2014 21:04 (UTC +04:00)

Bakı-APA. Bakıda bu gün axşam saatlarında baş vermiş yol qəzasında 1 nəfər xəsarət alıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Qaradağ rayonunda Bakı-Qazax yolunun 70-ci kilometrliyində “Nissan” markalı mikroavtobus yol kənarındakı işıq dirəyinə çırpılıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Nissan” markalı mikroavtobusun sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR