AHİK sədri Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında çıxış edib - FOTO

AHİK sədri Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında çıxış edib - <span style="color: red;">FOTO
# 09 iyun 2014 12:47 (UTC +04:00)

Bakı-APA. İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 103-cü sessiyası keçirilir.

Sessiyanın plenar iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev “Məşğulluğun strateji məqsədləri” mövzusunda çıxış edib.

AHİK-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Mehbalıyev çıxışında bildirib ki, 20 ildən artıqdır ki, öz müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi siyasətin əsas istiqamətləri əmək hüquqlarının qorunması, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə əməli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, vətəndaşların maddi, sosial, mənəvi və digər maraqlarının təmin edilməsidir. Bu sahələr üzrə aparılan təkidli və məqsədyönlü iş Azərbaycana insan inkişafı sahəsində dünyada ən tərəqqipərvər ölkə olmaq imkanı yaradıb.

S. Mehbalıyev qeyd edib ki, əmək ehtiyatlarının sektor bölgüsündə müsbət irəliləyişlər baş verir, iqtisadiyyatın dövlət sektorunda işləyənlərin payı əhəmiyyətli dərəcədə azaldığı halda (1995-ci ildə 56 faizdən 2013-cü ildə 24 faizədək) şəxsi mülkiyyət müəssisələrində bu göstərici artmaqda davam edir (44 faizdən 76 faizədək). Ölkənin həmkarlar ittifaqları məşğulluq probleminin həllində fəal rol oynayır. Öz üzvlərinin maraqlarını müdafiə edən həmkarlar ittifaqları əmək, iqtisadi, sosial məsələlər üzrə qanunvericilik aktlarının işlənib hazırlanmasında, əhalinin məşğulluq siyasətinin həyata keçirilməsində iştirak edir.

Bir çox problemlərin, o cümlədən məşğulluq məsələlərinin həllində sosial tərəfdaşlığın və dialoqun möhkəmləndirilməsinin mühüm əhəmiyyətini diqqətə çatdıran S.Mehbalıyev daha sonra qeyd edib ki, üçtərəfli əməkdaşlığın nəticəsi olan Baş Kollektiv Sazişin müəyyən bölməsində ölkədə məşğulluq məsələlərinin həlli üzrə öhdəliklər öz əksini tapıb. Hazırda həmkarlar ittifaqlarının təkidi ilə respublikada sosial-iqtisadi məsələlərə dair Üçtərəfli komissiyanın, eləcə də əhalinin məşğulluq məsələləri üzrə Respublika Koordinasiya Komitəsinin yaradılması istiqamətində işlər aparılır: “Düşünürəm ki, bu strukturlar əhalinin məşğulluq probleminin həllinə öz təsirini göstərəcək.

Azərbaycan əhalisi işlə təminatda o qədər də gərginlik yaşamır. Lakin etiraf edilməlidir ki, bu gün əsas məsələ layiqli işlə təminatdır, yəni layiqli əməkhaqqı, layiqli əmək şəraiti, sosial müdafiə və s. roblemin bir çox sualları layiqli əmək üzrə ölkə proqramlarında öz əksini tapıb”.

Qeyd edək ki, iyunun 12-nə kimi davam edəcək sessiyada BƏT-in Konvensiya və Tövsiyələrinin icrası vəziyyəti, habelə “İcbari əmək haqqında” 1930-cu il Konvensiyasına dəyişikliklərin edilməsi, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidin dəstəklənməsi, məşğulluğun strateji məqsədləri və digər məsələlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR