Ermənistan müdafiə naziri ATƏT sədrinin xüsusi nümayəndəsini qəbul edib

Ermənistan müdafiə naziri ATƏT sədrinin xüsusi nümayəndəsini qəbul edib
# 16 aprel 2014 16:05 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Ermənistanın müdafiə naziri Seyran Ohanyan ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ancelo Qnedinqeri qəbul edib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə regional təhlükəsizlik, habelə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan Dağlıq Qarabağ danışıqları müzakirə olunub.

S.Ohanyan Avropada adi silahlar haqda müqavilənin və 2011-ci il Vyana sənədinin çəkindirici amillər olmadığından və bunun nəticədə silahlanma yarışına gətirib çıxarmasından narahatlığını ifadə edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR