Azərbaycan Sahibkarlar Konfederasiyasında türkiyəli biznesmenlərlə görüş keçirilib

Azərbaycan Sahibkarlar Konfederasiyasında türkiyəli biznesmenlərlə görüş keçirilib
# 06 dekabr 2013 12:56 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) Bakıda səfərdə olan Türkiyənin Kastamonu İş Adamları Dərnəyinin nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinə Türkiyənin sənaye, inşaat, qida, təhsil, hüquq və digər sahələrdə fəaliyyət göstərən 35 şirkətin rəhbərləri daxil olub. Görüşdə Azərbaycan biznesmenləri də iştirak ediblər.

«APA-Economics»ə verilən məlumata görə, ölkə iqtisadiyyatı haqqında qonaqlara ətraflı məlumat verən ASK-nın baş katibi Məhəmmədəli Əfəndiyev bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi önəm verilir və ÜDM-in 83%-i özəl sektorun payına düşür. Son illər ölkəmizə investisiya yatıran xarici şirkətlər arasında Türkiyə şirkətlərinin sayı az deyil.

Qəbul üçün təşəkkür edən Kastamonu İş Adamları Dərnəyinin üzvləri gələcəkdə Azərbaycanda işgüzar əlaqələr qurmaq, qarşılıqlı əməkdaşlıq etmək məsələlərini zəruri olduğunu önə çəkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR