Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyasının üçüncü toplantısı keçiriləcək

Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Komissiyasının üçüncü toplantısı keçiriləcək
# 09 dekabr 2013 09:01 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. Dekabrın 10-11-də Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Birgə Komissiyasının üçüncü toplantısı keçiriləcək.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirlə əlaqədar Azərbaycana Səudiyyə Ərəbistanı Baş İnvestisiya İdarəsinin sədrinin başcılıq etdiyi, hökumət və özəl qurumları təmsil edən təxminən 75 nəfərlik nümayəndə heyəti səfər edəcək.

Toplantı çərçivəsində iki ölkənin iş adamları arasında biznes-forumun keçirilməsi nəzərdə tutulur.

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleym bildirib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Diplomat bu toplantının nəticələrinin iki ölkə arasında əlaqələrin inkişafına güclü bir dəstək olacağına və iki ölkənin rəhbərliyinin arzu və istəklərinin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR