Brüsseldə polislə nümayişçilər arasında baş vermiş toqquşmada 30 nəfər xəsarət alıb

Brüsseldə polislə nümayişçilər arasında baş vermiş toqquşmada 30 nəfər xəsarət alıb
# 04 aprel 2014 22:23 (UTC +04:00)

APA-nın “Gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, xəsarət alanların arasında polis əməkdaşları da var.

İğtişaşlar Avropa Birliyinin qərargahları yerləşən məhəllədə başlayıb. Etirazçılar Avropa Birliyi tərəfindən həyata keçirilən sərt qənaət tədbirlərinə qarşı çıxıblar, yüksək ixtisaslı mütəxəssislər üçün iş yerlərinin açılmasını tələb ediblər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, etiraz aksiyasında 25 min nəfər iştirak edib. Nümayişin təşkilatçıları isə bu rəqəmin 50 min olduğunu iddia edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR