«Kredit House» yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb

«Kredit House» yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb
# 05 noyabr 2013 08:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında «Kredit House» MMC-in təmin edilməmiş, faizli, adlı, sənədsiz yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlanılıb. Birjadan «APA-Economics»ə verilən məlumata görə, emissiyanın həcmi 1 mln. manat, bir istiqrazın nominal dəyəri isə 1 min manat təşkil edir.

İstiqrazların tədavül müddəti 720 gün, illik gəlirlik 8%-ə bərabərdir. Faizlərin ödəniş dövrünün müddəti 90 gündür.

Qeyd edək ki, «Kredit House» bank olmayan kredit təşkilatı kimi bank-maliyyə bazarında əsasən kiçik və orta sahibkarlara və fiziki şəxslərə biznes, mikro, istehlak, avtomobil, təcili kreditlərinin verilməsi sahəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR