Əlillərin VI ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb

Əlillərin VI ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 30 noyabr 2013 10:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA. Bu gün Gənc Tamaşaçılar Teatrında Əlillərin VI ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin qaliblərinə diplom və mükafatlar təqdim olunma mərasimi keçirilib.

APA-nın xəbərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müsabiqənin bədii yaradıcılığının müxtəlif növlərini əhatə edən 4 nominasiya üzrə birinci yerə layiq görülmüş 8 nəfərə, ikinci yerə 11 nəfərə, üçüncü yerə layiq görülmüş 12 nəfər diplom və pul mükafatları təqdim edib.


Bundan başqa, final mərhələsində iştirak etmiş 48 nəfər sağlamlıq imkanları məhdud uşaqlara həvəsləndirici diplom və pul mükafatları, müsabiqədə yer tutmayan əlillərə fərqləndirmə mükafatları və təşəkkürnamələr verilib.


Qeyd edək ki, Əlillərin VI ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin ilkin mərhələsində Bakı, Gəncə, Naxçıvan, Mingəçevir, Xaçmaz, Şəki, Lənkəran və Sabirabaddan 134 nəfər əlil şəxs və sağlamlıq imkanı məhdud olan uşaqlar müsabiqənin finalında iştirak etmək hüququ qazanıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR