Bakı Şəhəri üzrə Təhsil İdarəsi 88 saylı orta məktəbdə yaranan narazılıqlara aydınlıq gətirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 88 saylı orta məktəbdə yaranan narazılıqlara aydınlıq gətirib
# 15 may 2014 14:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 88 saylı orta məktəbdə şagirdlərin yerlərinin dəyişdirilməsi, müəllimlərin isə paytaxtın müxtəlif ərazilərində işləməyə göndərilməsi ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirib. BŞTİ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rasionallaşdırılması və təhsil infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə idarə tərəfindən sistemli tədbirlər həyata keçirilir.

Həmin tədbirlər çərçivəsində məktəbin tutumu şagird sayını 2 dəfədən çox üstələdiyi, məsələn 600 yerlik məktəbdə 300-dən az şagird təhsil aldığı təqdirdə, həmin məktəbin şagird-müəllim heyətinin digər ümumtəhsil müəssisələrində yerləşdirilməsi, boşalmış məktəbdə isə sıxlığı yüksək olan və bu səbəbdən 2 növbəli rejimdə işləyən məktəblərin şagird-müəllim heyətinin yerləşdirilməsi nəzərdə tutulub.

Bu günlərdə BŞTİ-nin tabeliyində olan bir neçə belə ümumtəhsil müəssisəsində, o cümlədən Xətai rayonu ərazisindəki 88 saylı orta məktəbin pedaqoji heyəti ilə görüşlər keçirilib, müəllimlərə yaşayış yerləri nəzərə alınmaqla daha yüksək dərs stavkası olan məktəblərdə işləmək təklif edilib. Şagirdlərə gəlincə onların valideynlərə uşaqların oxuduqları məktəbin 100-200 metr radiusunda yerləşən digər 3-4 məktəb seçmək imkanı olacaq.

Qeyd edək ki, 88 saylı məktəb 1176 nəfərlikdir və burada 325 nəfər təhsil alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR