Erməni sərhədçiləri tərəfindən həbs olunmuş Allahverdi Pələngovun oğlu Ermənistana gedərək atası ilə görüşüb - VİDEO

Erməni sərhədçiləri tərəfindən həbs olunmuş Allahverdi Pələngovun oğlu Ermənistana gedərək atası ilə görüşüb - <span style="color: red;">VİDEO
# 20 sentyabr 2013 09:42 (UTC +04:00)

Onu İrəvanda Ermənistan prezidentliyinə keçmiş namizəd, “Milli Özünütəyinetmə Birliyi” Partiyasının lideri Paruyr Ayrikyan və Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan qarşılayıb. Bu barədə APA-nın Gürcüstan müxbirinə Sadaxlı Dirçəliş İttifaqının sədri Sabir Mehdiyev məlumat verib. O bildirib ki, A. Pələngovun oğlu Kənan Pələngovu İrəvanda yaxşı qarşılayıblar: “Ona atası ilə görüş üçün icazə alınıb. Kənan atası ilə görüşüb, ona yemək və paltar verib. Allahverdi Pələngovun durumu yaxşıdır. Təcridxanada 3 erməni ilə birlikdə saxlanılır, kamerada saxlanılanlarla münasibəti normaldır“.

S. Mehdiyev qeyd edib ki, Kənan Pələngov atası ilə görüşdükdən sonra həmin gün geri qayıdıb: “Kənanın mənə dediyinə görə, gələn ay Allahverdi Pələngovun məhkəməsi olacaq”.

Qeyd edək ki, A. Pələngov Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır və “sərhədi qanunsuz keçmək”də ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR