AzTEST mütəxəssisləri auditor vəzifəsinə işə dəvət edir

AzTEST mütəxəssisləri auditor vəzifəsinə işə dəvət edir
# 10 oktyabr 2013 10:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) AZS ISO 9001-2009 «Keyfiyyəti idarəetmə sistemləri. Tələblər» standartı üzrə mütəxəssisləri auditor vəzifəsinə işə dəvət edir. İşə qəbul prosesi müsabiqə yolu ilə həyata keçiriləcək.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, maraqlananlar şəxsiyyət vəsiqəsi, diplom, elmi dərəcəsi barədə sənədin (əgər varsa), beynəlxalq statuslu təlim və kurslardan keçməsi barədə sertifikatın surətlərini 2013-cü il dekabrın 1-dək AzTEST-in keyfiyyəti idarəetmə sistemləri şöbəsinə (Bakı şəhəri, Mərdanov qardaşları,124; tel.: (012) 555 04 98) müraciət edə bilərlər.

Məlumat üçün bildirək ki, adıçəkilən standartın müəssisələrdə tətbiqi ilə istehlakçıların tələblərinə və texniki tələblərə cavab verən məhsul təqdim etmək imkanları genişlənir. Həmçinin, keyfiyyəti idarəetmə sisteminin effektiv tətbiqi vasitəsilə istehlakçı məmnunluğunun artırılmasına nail olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR