Bakıda dörd maşın toqquşub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Bakıda dörd maşın toqquşub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
# 24 yanvar 2014 08:02 (UTC +04:00)

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Fuad Rafiq oğlu Mustafayevin idarə etdiyi “VAZ 2107” markalı, 90 EL 755 dövlət nömrə nişanlı, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Asif Yusif oğlu Atakişiyevin idarə etdiyi “Fiat” markalı, 10 TG 121 dövlət nömrə nişanlı, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Səxavət Müqəddəs oğlu Sadıqovun idarə etdiyi “Mercedes” markalı, 90 VN 732 dövlət nömrə nişanlı, Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Sətrib Həmid oğlu Əsədovun idarə etdiyi “Toyota Prado” markalı, 90 GX 080 dövlət nömrə nişanlı avtomobillər toqquşub.

Nəticədə “VAZ 2107”-də olan sürücü və sərnişinlər - Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Muxtar Nemət oğlu Şirinov, Bakı şəhər sakini Anar Sədulla oğlu Şirvani 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. A. Şirvani xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR