Azərbaycan Korrupsiya Qavrama İndeksində son bir ildə 12 pillə irəliliyib

Azərbaycan Korrupsiya Qavrama İndeksində son bir ildə 12 pillə irəliliyib
# 03 dekabr 2013 11:18 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. «Transparency International» təşkilatı tərəfindən 2013-cü il Korrupsiya Qavrama İndeksində (KQİ) Azərbaycan 28 balla 177 ölkə arasında 127-ci yerdə qərarlaşıb. «APA-Economics»in xəbər verdiyi kimi, ötən il Azərbaycan 27 balla 176 ölkə arasında 139-cu sırada olub.

Azərbaycan bu İndeksə daxil edildiyi dövrdən (2000-ci ildən) bu yana ilk dəfədir ki, bu qədər yüksək nəticə qeydə alınır.

Qeyd edək ki, İndeksə 91 balla Danimarka və Yeni Zelandiya başçılıq edir. Bundan başqa, ilk beşliyə 89 balla Finlandiya və İsveç, həmçinin 86 balla Norveç daxil olub. İndeksdə ən aşağı yerlərdə isə 8 balla Əfqanıstan, Şimali Koreya və Somali qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR