Bakıda mağazadan aksiz markasız araqlar və siqaretlər aşkarlanıb - FOTO

Bakıda mağazadan aksiz markasız araqlar və siqaretlər aşkarlanıb - <span style="color: red;">FOTO
# 21 yanvar 2014 13:47 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanın gömrük orqanları tütün məmulatlarının və spirtli içkilərin ölkəmizə qeyri-qanuni yollarla gətirilməsinə qarşı effektiv mübarizə tədbirlərini davam etdirir.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Aksiz Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Mahmudov Xəyyam Məhəmməd oğlunun Bakı şəhəri, Nəsimi rayonu ərazisində icarəyə götürdüyü topdansatış mağazasından həmin mağazada ticarət fəaliyyəti ilə məşğul olan Ağayev Hamlet Həmidulla oğluna məxsus külli miqdarda aksiz markasız müxtəlif adda və həcmdə araqlar, həmçinin siqaretlər aşkar edilərək protokol əsasında götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR