Müdafiə nazirinin şimal bölgəsinə səfəri ilə bağlı rəsmi məlumat yayılıb - YENİLƏNİB - FOTOSESSİYA

Müdafiə nazirinin şimal bölgəsinə səfəri ilə bağlı rəsmi məlumat yayılıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA
# 27 noyabr 2013 15:57 (UTC +04:00)

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisindəki Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq, ehtiramlarını ifadə ediblər.

Sonra hərbi hissədəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana və məişət kompleksinə baş çəkilib, mövcud vəziyyətlə tanış olunub, əsgər və zabitlərlə görüşlər keçirilib. Bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təchizatının vəziyyəti öyrənilib.

Müdafiə naziri döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması, o cümlədən hərbi hissələrin ərazisində aparılan quruculuq işlərinin davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.

***

16:56

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanın müdafiə naziri şimal bölgəsinə səfər edib.

APA-nın məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Qusarda yerləşən hərbi hissədə olub. Hərbi hissənin şəxsi heyəti ilə görüşən nazir problemlərlə maraqlanıb.

Z. Həsənovun şimal bölgəsində yerləşən bir neçə hərbi hissəyə də baş çəkəcəyi və vəziyyətlə yerində tanış olacağı bildirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR