APA TV-nin uğurlu missiyası - ƏLİL UŞAQ ARZUSUNA ÇATDI

<b>APA TV-nin uğurlu missiyası - <span style="color: red;">ƏLİL UŞAQ ARZUSUNA ÇATDI </b>
# 09 noyabr 2013 09:45 (UTC +04:00)

Bir neçə gün əvvəl APA TV-nin efirində yayımlanan “Əlil uşağın arzuları” adlı reportajdan sonra bir neçə soydaşımız süjetimizin qəhrəmanına kompüter alıb göndərmək istəyini bildirib. Və onlar əlil yeniyetmənin arzusunu yerinə yetirdilər. Adlarının çəkilməsini istəməyən xeyriyyəçilərdən biri kompüter dəstini Dəyanət Qəhrəmanova özü aparıb.


Digər xeyirxah soydaşımız isə bir ədəd noutbuku APA TV-nin Qarabağ bürosunun əməkdaşları vasitəsi ilə öz ünvanına çatdırıb. Dəyanət Qəhrəmanov göndərilən bu hədiyyələr üçün arzusunun reallaşdırılmasında zəhməti olan hər kəsə təşəkkür edib.

Yeniyetmənin valideynləri deyirlər ki, Dəyanət baş verənlərə bir müddət inana bilməyib. Amma arzusu həyat keçən gündən etibarən onda həyat eşqi artıb...

Mahir Məmmədli, Teymur Zahidoğlu, Fəxri Məmmədov - APA TV Tərtər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR