İran XİN rəhbəri: “Cenevrə müzakirələrində heç bir razılaşma əldə olunmayıb”

İran XİN rəhbəri: “Cenevrə müzakirələrində heç bir razılaşma əldə olunmayıb”
# 04 noyabr 2013 07:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkə parlamentində hesabat verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, M.C.Zərif noyabrın 4-də İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasında İranla “altılıq” ölkələri arasında Cenevrədə keçirilmiş nüvə müzakirələrində uranın zənginləşdirilməsinin təxirə salınması ilə bağlı heç bir razılaşma əldə olunmadığını bildirib: “Bununla bağlı yayılan iddialar yalandır”.

Nazir özünün və prezident Həsən Ruhaninin xarici siyasət sahəsində heç bir şəkildə İranın ali dini liderinin fikirlərinə zidd hərəkət etməyəcəyini də deyib: “İranın diplomatiya mexanizmi İran İslam Respublikasının qüdrəti və milli mənfəətləri istiqamətində hərəkət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR