Güclü külək Polşada sərnişinlə dolu avtobusu aşırıb, 11 nəfər xəsarət alıb

Güclü külək Polşada sərnişinlə dolu avtobusu aşırıb, 11 nəfər xəsarət alıb
# 08 dekabr 2013 01:48 (UTC +04:00)

Bakı-APA. Güclü külək Polşada sərnişinlə dolu avtobusu aşırıb, 11 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident avtobus Polşanın cənub bölgəsindən Varşavaya hərəkət edərkən baş verib. Şiddətli küləyin təsiri nəticəsində sürücü idarəetməni itirib, nəticədə avtobus aşaraq yolun kənarına düşüb.

Qəza nəticəsində 11 sərnişin xəsarət alıb.

Qeyd edək ki, Polşada dekabrın 4-dən “Ksavyer” siklonu tüğyan edir. Qasırğa nəticəsində 5 nəfər ölüb, 60 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR