Azərbaycanda daha üç qeyri-dövlət yardım mərkəzi akkreditasiya olunub

Azərbaycanda daha üç qeyri-dövlət yardım mərkəzi akkreditasiya olunub
# 28 aprel 2014 10:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş daha 3 qeyri-dövlət yardım mərkəzinə akkreditasiya attestatlarını təqdim edib.

Nazirlikdən APA-Economics”ə verdiyi məlumata görə, “İnsan Hüquqları Üzrə Maarifləndirmə İctimai Birliyi”, “Uşaq Fondlarının Beynəlxalq Assosiasiyası “Azərbaycan Uşaq Fondu”nun Gəncə şəhər Təşkilatı və Azərbaycan Respublikası “Əlil Qadınlar” Cəmiyyətinin akkreditasiya olunması qərara alınıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, akkreditasiya Komissiyasının sədri İlqar Rəhimov deyib ki, bununla akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzlərinin sayı 7-yə çatıb. Bakı, Gəncə, Sumqayıt şəhərlərində olan bu mərkəzlər yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi və s. istiqamətlərdə fəaliyyət göstərirlər.

Məişət zorakılığından zərər çəkmiş şəxslər həmin mərkəzlərin xidmətlərindən istifadə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR