OMON “skinhed”lərin Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasına hücumunun qarşısını alıb

OMON “skinhed”lərin Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasına hücumunun qarşısını alıb
# 15 oktyabr 2013 19:42 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Bir qrup rus milliyətçisi “skinhed”lərin bu saatlarda Moskvanın Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” meyvə-tərəvəz bazasına hücumunun qarşısı alınıb. APA-nın Moskva müxbiri xəbər verir ki, paytaxtın “Prajski” metrosu yaxınlığından bir qrup “skinhed” Qərbi Biryulevo rayonunda yerləşən “Pokrov” bazasına yürüş etməyə hazırlaşıb. Rusiya xüsusi təyinatlı polis dəstələri-OMON skinhedlərin yürüşünün qarşısını alıb.

«Prajski» metro stansiyası yaxınlıqlarında yaaşayan həmyerlilərimizin bildirdiklərinə görə, OMON skinhedlərin yürüşünə müdaxilə edib. Nəticədə rus milliyətçilərindən 50 nəfər saxlanılıb.

Skinhedlərin əksəriyyətinin alkoqollu içki qəbul etdiyi bildirilib.

Qeyd edək ki, oktyabrın 13-də Qərbi Biyulevo rayonunda baş verən iğtişaşlardan sonra minlərlə azərbaycanlının çalışdığı “Pokrov” bazası bağlı elan olunub. “Rospotrebnadzor” bazanın bağlanması iddiası ilə məhkəməyə müraciət edib. Bazanın bağlanması yüzlərlə azərbaycanlının bazara satmaq üçün gətirdiyi məhsulun xarab olması təhlükəsi ilə üz-üzə qoyub.

Hazırda Qərbi Biryulevo rayonunda içi meyvə-tərəvəz məhsulları ilə dolu olan TIR-ların növbəsi yaranıb. Meyvə-tərəvəz məhsullarının sahiblərinə bazadan çıxmaq üçün iki gün vaxt verilib. Azərbaycanlı sahiblarlar bu müddət ərzində məhsullarının xarab olacağından ehtiyyatlanırlar.

Bazaya meyvə gətirən həmyerlimiz APA-ya açıqlamasında hələ də bazada olduqlarını bildiriblər. “Hazırda sakitçilikdir”.

Qeyd edək ki, , Rusiya paytaxtında oktyabrın 10-da 25 yaşlı gəncin qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və “skinhed”lər Biryulevo rayonunda yerləşən “Biryuza” ticarət mərkəzi və “Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüb. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. “Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurub. Rus milliyyətçilərinin törətdiyi iğtişaşlar nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb.

Rusiya hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Orxan Zeynalovu saxlayıb. Kolomno şəhərində yaxalanan O. Zeynalov vertalyotla Moskvaya gətirilib.

Qatilin azərbaycanlı olması, həm Rusiya mətbuatında, həm də cəmiyyətdə böyük etirazla qarşılanıb. Bundan istifadə edən milliyətçilər azərbaycanlılara qarşı kampaniya aparmağa başlayıblar. Dünəndən etibarən həmyerlilərimiz işlətdiyi obyetktlərə mütəmadi hücumlar təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR