AZAL Tacikistan millisinin futbolçusunu transfer edib

AZAL Tacikistan millisinin futbolçusunu transfer edib
# 29 yanvar 2014 11:04 (UTC +04:00)

Bakı – APA. AZAL futbol klubu növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Tacikistan millisinin futbolçusu Axtam Hamrakulovu transfer edib.

Son 3 mövsümdə “Regar TadAZ” klubunda çıxış edən futbolçu ilə müqavilə də imzalanıb. Tacikistan Futbol Federasiyasından verilən xəbərə əsasən, hücumçu ilə 2,5 illik anlaşma əldə edilib.

Qeyd edək ki, neçə vaxtdır baxışda olan tacik AZAL-da keçirdiyi 5 yoxlama oyununda 1 het-trik və 1 dubl müəllifi olub. 26 yaşlı forvard paytaxt təmsilçisində 22 nömrəli forma ilə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR