Azərbaycanlı sahibkarlar Pakistanın dövlət müəssisələrinin özəlləşdirilməsi layihəsində iştiraka dəvət olunur

Azərbaycanlı sahibkarlar Pakistanın dövlət müəssisələrinin özəlləşdirilməsi layihəsində iştiraka dəvət olunur
# 22 noyabr 2013 15:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar Pakistan İslam Respublikasının dövlət müəssisələrinin özəlləşdirilməsi layihəsində iştiraka dəvət olunur.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan investorları Pakistanın ağır sənaye, yeyinti sənayesi, bank, ticarət, tikinti və arxitektura, nəqliyyat və kommunikasiya, energetika, turizm, yüngül sənaye, təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi müəssisələrinin özəlləşdirilməsində iştirak edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR