Azərbaycanda körpüyə bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub

Azərbaycanda körpüyə bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub
# 11 dekabr 2013 09:54 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 10-u saat 23.32-də naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək Balakən rayonu ərazisindəki körpünün altına bomba qoymasını bildirib.

Dərhal müvafiq tədbirlər görülüb, məlumat təsdiqini tapmayıb.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırmalar nəticəsində məlumatın Sarıbulaq kənd sakini, əqli və fiziki cəhətdən qüsurlu olan Anar Osmanov tərəfindən verilməsi müəyyən edilib və o, saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR