Mikael Şpindelegger: “Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə hansısa dönüşün əldə olunduğu haqda heç bir məlumatım yoxdur”

Mikael Şpindelegger: “Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündə hansısa dönüşün əldə olunduğu haqda heç bir məlumatım yoxdur”
# 22 noyabr 2013 15:49 (UTC +04:00)

APA-nın Vyanaya ezam olunmuş müxbirinin xəbərinə görə, S. Seyidovun sualları belə olub:

“Bir neçə gün öncə Azərbaycan və Ermənistan prezidentləri, burada - Vyanada görüş keçirdilər. Siz Avropa Şurasının hazırkı sədri kimi bu görüş haqda nə düşünürsünüz? Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar sizin prioritetlərinizi bilmək maraqlı olardı. İkinci sualım isə “Şərq tərəfdaşlığı” ilə bağlıdır. Biz bu haqda çox danışırıq amma Belarus bu proqramdan məhrum edildi, Ermənistan Gömrük Birliyinə qoşulmağa qərar verdi, Bakı bu sənədi imzalamağa hələ hazır deyil, Ukrayna da dünən məlum qərarı verdi. Nə baş verir? Bəlkə Avropa institutlarında bu ölkələr haqda mənfi fikirlər dolaşır və yaxud bu, “Şərq tərəfdaşlığı” ölkələrinin səhvləri ucbatından baş verir? Nədir məsələ?"

Avstriya xarici işlər nazirinin cavabı belə olub: “Hər şeydən əvvəl onu deyim ki, Azərbaycan və Ermənistan dövlət başçılarının Vyanadakı görüşünü yüksək qiymətləndirirəm. Çox sevindiricidir ki, onlar məhz Vyanada görüşdülər, bura danışıqlar aparmaq üçün çox yaxşı yerdir. Ümid edirəm ki, nəhayət, bu münaqişənin həlli yolu tapılacaq. Biz uzunmüddətli həll yolunu axtarırıq. Mənim Vyana görüşündə hansısa bir dönüşün olduğu haqda heç bir məlumatım yoxdur, amma biz belə görüşlərin mütəmadi keçirilməsinin tərəfdarıyıq. Bizə bu münaqişənin uzunmüddətli həlli yolu lazımdır və biz də bu həll yollarının aranmasını dəstəkləmək üçün əlimizdən gələni edirik. Bununla məşğul olan qrup mövcuddur və onlar da yardım edirlər ki, bu həll variantı nəhayət, tapılsın.

"Şərq tərəfdaşlığı”na gəldikdə isə, fikrimcə, bu proqramı yaratmaqla Avropa Birliyi müdrik bir qərar vermişdi. Çünki bu ölkələr bizim yaxın qonşularımızdır və hətta onlar AB-nin üzvlüyünə can atmasalar da, yenə də əməkdaşlığımızı davam etdirməliyik. Biz indi hansısa sənədləri imzalamağa çox yaxınlaşmışıq və bununla da əməkdaşlığımızı möhkəmləndirə bilərik. Ümid edirəm ki, Ukraynanın imtinası bu prosesi tormozlamayacaq. Biz bu ölkələrlə, o cümlədən Ukrayna və Azərbaycanla da gələcək əməkdaşlığımızın yollarını axtarmalıyıq. Mən gələcəkdə də bizim münasibətlərimizin inkişafını görmək arzusundayam".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR