Bakı-Tbilisi aviareysi təxirə salınıb

Bakı-Tbilisi aviareysi təxirə salınıb
# 01 fevral 2014 08:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Gürcüstanda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar «Azərbaycan Hava Yolları» (AZAL) şirkətinin Bakı-Tbilisi marşrutu üzrə J2 223 nömrəli aviareysində ləngimə müşahidə olunur.

Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Belə ki, «Embraer 170» təyyarəsi ilə həyata keçirilən aviareysin saat 10:10-da yerinə yetirilməsi planlaşdırılsa da, hava şəraiti ilə əlaqədar reys təxminən 3 saat sonraya təxirə salınıb. Təyyarənin saat 13:00-da yola düşməsi nəzərdə tutulub.

Xatırladaq ki, Bakı-Tbilisi aviareysi həftənin I, III, VI, VII günləri saat 10:10, həftənin II, IV və V günləri isə saat 23:10-da yerinə yetirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR