Bakıda sulu qar, rayonlarda sulu qar və qar yağacaq

Bakıda sulu qar, rayonlarda sulu qar və qar yağacaq
# 14 dekabr 2013 09:50 (UTC +04:00)

Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 15-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR