Nəqliyyat naziri İsmayıllıda vətəndaşları qəbul edib - FOTO

Nəqliyyat naziri İsmayıllıda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 17 mart 2014 18:17 (UTC +04:00)

APA-nın məlumatına görə nazir Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarından olan sakinləri qəbul edərək onların şikayət və təkliflərini dinləyib. Qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verilib.

Vətəndaşların müraciətləri əsasən rayonlararası və kənddaxili yolların bərpası, dağ çayları üzərində körpülərin salınması, işlə təmin olunmaq və digər məsələlərlə bağlı olub. Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR