Rusiya xarici işlər nazirinin müavini: “MDB ölkələrini “Rusiya, yoxsa Avropa Birliyi” seçimi qarşısında qoymaq düzgün deyil”

Rusiya xarici işlər nazirinin müavini: “MDB ölkələrini “Rusiya, yoxsa Avropa Birliyi” seçimi qarşısında qoymaq düzgün deyil”
# 31 oktyabr 2013 08:33 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Moskva Avropa Birliyini (AB) MDB ölkələri ilə elə əməkdaşlıq forması tapmağa çağırır ki, onlar Rusiya və AB arasında süni seçim etmək məcburiyyətində qalmasınlar.

APA-nın xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Rusiya Federasiya Şurasının 20 illiyi ilə bağlı keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bölgə geopolitik oyunlar meydançası yox, bölücü xətləri olmayan qarşılıqlı faydalı əməkdaşlıq məkanı olmalıdır: “Rusiya AB-nin Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukrayna ilə yaxınlaşmasına yönəlik “Şərq Tərəfdaşlığı” Proqramının inkişafını diqqətlə izləyir. Noyabrın 18-də Federasiya Şurasında “AB-nin MDB məkanında geopolitik layihələri: reallaşdırılma yolları və mümkün nəticələri” adlı dəyirmi masa keçiriləcək”.

MDB ölkələri ilə əməkdaşlıqdan danışan Q.Karasin qeyd edib ki, onun fəaliyyətinin prioritet istiqamətlərindən biri də birlik üzvü olan dövlətlərdə seçkilərin monitorinqidir: “Müşahidəçilər göndərilməsi təcrübəsi özünü doğrultdu. Monitorinq missiyalarımızın təcrübəsi artır, onların beynəlxalq nüfuzu yüksəlir. ATƏT DTİHB-dən olaraq, MDB seçki müşahidə missiyasının fəaliyyəti kollektiv razılaşdırılmış hüquqi baza əsasında qurulub. Bu isə bizə beynəlxalq müzakirələrdə seçki problemi barədə ümumi yanaşmalarımızı irəli sürmək imkanı verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR