Azərbaycan XİN almaniyalı diplomatın Dağlıq Qarabağa səfəri və orada çıxış etməsi ilə bağlı məlumatları araşdırır - VİDEO

Azərbaycan XİN almaniyalı diplomatın Dağlıq Qarabağa səfəri və orada çıxış etməsi ilə bağlı məlumatları araşdırır - <span style="color: red;">VİDEO
# 05 oktyabr 2013 12:19 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Qeyd edək ki, “Panarmenian”ın məlumatına əsasən Almaniya səfiri Hans Yohen Şmidt Dağlıq Qarabağda separatçılar tərəfindən təşkil olunan “Arsaxın milli azadlıq mübarizəsi: Gülüstandan günümüzə qədər” adlı konfransda iştirak edib. O, çıxışında bildirib ki, 1920-ci illərdə ermənilər Qarabağ əhalisinin 90 faizini təşkil edib, lakin sovet hakimiyyətinin demoqrafik siyasəti nəticəsində bu rəqəm 80-ci illərdə 72%-ə enib. Alman diplomat azərbaycanlı köçkünlərin ölkədə girov olduğunu və siyasi məqsədlərlə istifadə edildiyini söyləyib.

Lakin “Panarmenian”ın xəbərində yanlışlıq var. Belə ki, H. Y. Şmidt Almaniyanın Ermənistandakı keçmiş səfiridir və hazırda təqaüddədir. İndiki səfir isə Rayner Morel adlı diplomatdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR