"Azərbaycanfilm" kinostudiyasının yaranmasının 90 ili tamam olur - FOTO

"Azərbaycanfilm" kinostudiyasının yaranmasının 90 ili tamam olur - <span style="color: red;">FOTO
# 28 sentyabr 2013 11:56 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaranmasının 90 ili tamam olur.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, kinostudiyanın 90 illik yubileyi ilə bağlı prezidenti sərəncamına uyğun olaraq sentyabrın 30-da Nizami Kino Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının yubiley gecəsi keçiriləcək.

Nazirlikdən bildiriblər ki, kino tarixini əks etdirən tərtibat verilmiş Kino Mərəzinin qarşısında ötən əsrin 20-ci illərinə aid teatr səhnəcikləri oynanılacaq, yaddaqalan filmlərimizdə vaxtilə istifadə olunmuş geyimlər və rekvizit nümunələri nümayiş etdiriləcək. Kinostudiyanın bayramında bir çox dövlət və hökumət nümayəndələri, mədəniyyət xadimləri ilə yanaşı, bir sıra ölkələrdən kino xadimlərinin iştirakı da gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR