Əli Kərimlinin oğlu saxlanıb

Əli Kərimlinin oğlu saxlanıb
# 23 sentyabr 2013 10:53 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli saxlanıb.

AXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 22-də Demokratik Qüvvələrin Milli Şurasının mitinqindən sonra baş verib. T. Kərimli və onunla birlikdə olan daha iki nəfər mitinqdən sonra paytaxtın mərkəzi hissəsində saxlanılaraq, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb. Onlar seçki plakatlarını cırmaqda təqsirləndirilirlər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, informasiya araşdırıldıqdan sonra açıqlama veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR