Həyat yoldaşını boğaraq öldürən şəxsin məhkəməsi başlayıb

Həyat yoldaşını boğaraq öldürən şəxsin məhkəməsi başlayıb
# 28 mart 2014 14:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını boğaraq öldürən Elmar Səlimovun məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə aprelin 11-nə təyin edilib.

Qeyd edək ki, E.Səlimov arvadı Leyla Səlimovanı öldürüb. O, qətldən dərhal sonra polisə gəlib və günahını etiraf edib. Dindirmə zamanı E.Səlimov göstərib ki, gecə otağa girib və arvadının telefonla başqa şəxslə danışdığını görüb. Bu zaman L.Səlimova tez telefonu söndürüb.


Həyat yoldaşını xəyanətdə şübhəli bilən ər onun etirafına nail ola bilməyib. Bundan sonra E.Səlimov arvadını boğaraq öldürüb. Onların 2 azyaşlı övladının olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR